“Yuventus” - “Roma” matçının hakimi səhvin etiraf etdi

İtaliya A Seriyasının son turunda qalmaqallarla yadda qalan “Yuventus” - “Roma” (3:2) matçının baş hakimi Canluka Rokki idarəçiliyi haqda danışıb.

Newsport.az-ın məlumatına görə, 41 yaşlı referi etiraf edib ki, “Roma”nın qapısına təyin etdiyi ikinci penaltidə səhv qərar qəbul edib:”Yeganə səhvim Poqbaya qarşı edilən hərəkətdən sonra “Roma”nın qapısına təyin etdiyim penalti idi”.

Xatırladaq ki, “Yuventus” - “Roma” matçında üç penalti təyin edən Rokki iki futbolçunu meydandan qovub. O, həmçinin, yeddi  oyunçuya sarı vərəqə göstərib.

Qeyd edək ki, referi  yalnış penlti qərarına görə iki oyunluq cəzalandırılıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right