Türkiyəli məşqçi “Dənizlispor”a Azərbaycandan futbolçu aparır

Xəbər verdiyimiz kimi, "Turan Tovuz”un sabiq çalışdırıcısı Səlahattin Dərvənt Türkiyə PTT I Liqasında mübarizə aparan "Dənizlispor” klubunun çalışdırıcısı təyin olunub. 49 yaşlı çalışdırıcı Dənizli təmsilçisi ilə 2 illik müqavilə imzalayacaq. 
Newsport.az saytının məlumatına görə,  mütəxəssis özünə tanış olan simalardan birini özü ilə birgə komandaya aparacaq. Söhbət uzun müddət ölkəmizdə top qovan və son klubu "Zirə” olan Viktor İqbekoyidən gedir. 
 
Əldə etdiyimiz məlumata görə, hal-hazırda azad agent statusuna malik olan İqbekoyi yaxın günlərdə Türkiyəyə yollanacaq. Onun klubla müqavilə imzalayıb-imzalamayacağı isə yaxın günlərdə bəlli olacaq. 
 
Qeyd edək ki, Dervent 2004-2006-cı illərdə "Turan Tovuz”u çalışdırıb. Nigeriyalı futbolçu  isə 2006-cı ildə mütəxəssisin rəhbərliyi altında Tovuz klubunun uğurları üçün çalışıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right