Türkiyənin "Qalatasaray" klubuna gözlənilən ayrılıq reallaşıb.
Newsport.az-ın məlumatına görə, komandadan ayrılacağı gündəmdə olan Klaudio Taffarel klubla yola davam etməyəcəyini rəsmən açıqlayıb.
2014-cü ildən bu yana komandada qapıçı-məşqçi kimi çalışan 50 yaşlı mütəxəssis "twitter" hesabı vasitəsiylə "Qalatasaray"dan getdiyini təsdiqləyib. O, fikirlərini belə imzah edib: "Qalatasaray" azarkeşləri və qiymətli türki xalqı. Sevgi və məhəbbət dolu 5 il üçün sizə təşəkkür edirəm. Mənim və ailəm üçün yeriniz həmişə xüsusi olacaq. Hər birinizi sevgi ilə qucaqlayıram. Yaxın zamanlarda görüşməız üzrə...".
Qeyd edək ki,Taffarel 1998-2001-ci illərdə "Qalatasaray"da forma geyinib.