Növbəti mövsümün hazırlıqlarını davam etdirən "Sevilya" heyətini yeni futbolçu ilə gücləndirib.
Newsport.az-ın məlumatına görə, La Liqa təmsilçisi "Palermo"nun futbolçusu Franko Vaskesi transfer edib. Argentinalı futbolçu ilə 5 illik müqavilə imzalanacaq. "Seviliya" 27 yaşlı yarımmüdafiəçinin transferi üçün İtaliya klubuna 15 milyon avro ödəyəcək.