Azərbaycanla oyuna buraxılmayacaq

İtaliya Futbol Federasiyasının prezidenti Karlo Tavekkio yığma komandanın "Avro-2016"nın seçmə mərhələsində Azərbaycan millisi ilə oyununu stadiondan izləyə bilməyəcək.

Newsport.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, buna səbəb UEFA-nın ona cəza tətbiq etməsidir.

K.Tavekkio prezidentliyə namizəd olduğu dönəmdə irqçi fikirlər səsləndirdiyi üçün UEFA bayrağı altında keçirilən yarış və tədbirlərdə iştirakına 6 ay müddətinə qadağa qoyulub. Qərar dərc olunduğu gündən qüvvəyə minib. Bu isə o deməkdir ki, K.Tavekkio Azərbaycanla oktyabrın 10-dakı oyundan başlayaraq qarşıdakı 6 ayda UEFA-nın heç bir tədbirinə buraxılmayacaq.

Bundan başqa, K.Tavekkio UEFA-nın gələn ilin martında təşkil edəcəyi konqresə də qatılmayacaq.

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right