Braziliyalı futbolçu Mərt Nobre karyerasını yenidən Türkiyədə davam edirəcək.
Newsport.az-ın məlumatına görə, son olaraq İsveçrənin "Vil” komandasının formasını geyinən 35 yaşlı hücumçu Türkiyə III Liqasında mübarizə aparan "Ərzurumspor” komandasının uğurları üçün çalışacaq. Artıq Ərzurum təmsilçisi Nobrenin transferini rəsmən açıqlayıb.
Qeyd edək ki, Nobre karyerası ərzində Türkiyənin "Fənərbaxça”, "Beşiktaş”, "Mersin İdman Yurdu” və "Kayserispor” komandalarında forma geyinib.