Türkiyənin "Trabzonspor" klubunun yeni transferi Ramil Şeydayev Azərbaycan millisində çıxış etmək ehtimalı haqda danışıb.
Newsport.az saytı "Sport Express"ə istinadən xəbər verir ki, o, Azərbaycan vətəndaşlığı alması ilə bağlı sualı belə cavablandırıb: "Bu suala cavab verə bilmərəm, yaxın vaxtlarda dəqiqləşəcək. Ancaq anlaya bilmirəm ki, bu xəbərlər internetə necə düşüb?".
Qeyd edək ki, futbolçu bu barədə suallara şübhəli cavablar versə də, AFFA artıq gənc hücumçunun milliləşdirməsi ilə bağlı FİFA-ya rəsmi müraciət edib və buradə saytı vasitəsiylə ictimaiyyətə məlumat verib.