İspanyada Katalonyanın muxtariyyət əldə etməsi üçün referendumda "hə" cavabı alınarsa "Barselona"nın La Liqadan ayrılmaq məcburiyyətində qaldığı ortaya çıxdı.
Newsport.az xəbər verir ki, İspanya Futbol Federasiyasının prezidenti Xavier Tebes bunun baş tutacağı təqdirdə Kataloniya təmsilçiləri olan "Barselona" və "Espanyol"un La Liqadan ayrılacağını söylədi. Tebes :"Barselona" və "Espanyol" Kataloniya muxtar respublika olsa La Liqada oynaya bilməzlər. Belə bir vəziyyətdə qanunlar bunu tələb edir. İspanyada sadəcə bir ölkə oynamaq üçün müraciyət edə bilər o da Andorra" bunları deyib.