Morqan de Sanktis karyerasını Fransada davam etdirəcək.
Newsport.az-ın məlumatına görə, son mövsümü "Roma”da çıxış edən 39 yaşlı qolkiper "Monako” klubu ilə anlaşıb. "Knyazlıq təmsilçisi” klubun rəsmi saytı vasitəsiylə transferini ictimaiyyətə təqdim edib. İtaliya millisinin sabiq üzvü yeni klubuyla 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, De Sanktis karyerası ərzində "Peskara”, "Yuventus”, "Udineze”, "Sevilya”, "Qalatasaray” və "Napoli” kimi komandaIarda çıxış edib.