Almaniyada keçirilən 19 yaşadək futbolçular arasında Avropa çempionatının II turunun ilk oyun gününün təyinatları açıqlanıb.
Newsport.az-ın məlumatına görə, Azərbaycan hakimi Əliyar Ağayev növbəti təyinatını alıb. Azərbaycanlı FİFA referisi İtaliya – Avstriya qarşılaşmasının baş hakimi olacaq. Sabah baş tutacaq bu görüş Reutlingen şəhərində keçiriləcək.
Qeyd edək ki, Ağayev ilk turun Xorvatiya - Hollandiya matçında (1:3) dördüncü hakim funksiyasını yerinə yetirib.