Son Türkiyə çempionu "Beşiktaş”da gözlənilməz ayrılıq reallaşıb.
Newsport.az-ın məlumatına görə, İstanbul klubu İsmail Köybaşı ilə yollarını ayırıb. Bu barədə klubun rəsmi saytında məlumat yer alıb. Məlumatda bildirilir ki, "qara qartallar” 31 iyun tarixində müqaviləsi başa çatan futbolçu ilə yeni müqavilə imzalamayıb və 27 yaşlı futbolçunun komandadan ayrılması rəsmiləşib.
Qeyd edək ki, Türkiyə millisinin heyətində 19 matçda forma geyinən Köybaşı 2009-cu ildən "Beşiktaş”da çıxış edir. O, komandanın heyətində keçirdiyi 111 oyunda 2 qol vurmağa nail olmuşdu.