"Qəbələ”dən ayrılan futbolçu Ermin Zets karyerasını yenidən Türkiyədə davam etdirə bilər.
Newsport.az-ın məlumatına görə, "Göztəpə” klubu Bosniya və Hersoqovina millisinin üzvünün xidmətində Türkiyə PTT I Liqasında mübarizə aparan "Göztəpə” komandası maraqlıdı. Belə ki, İzmir təmsilçisi 28 yaşlı hücumçuya yaxın günlərdə təklif göndərməyi planlaşdırır.
Qeyd edək ki, ötən mövsüm "Qəbələ”nin heyətində 23 oyuna 7 qol vuran futbolçu daha əvvəl Türkiyədə "Balıkəsirspor” komandasının formasını geyinib.