İtaliya - Azərbaycan oyunu türkiyəli referiyə tapşırıldı

"Avro-2016"nın seçmə mərhələsində oktyabrın 10-da keçiriləcək İtaliya - Azərbaycan matçının hakimləri müəyyənləşib.

Newsport.az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Palermo şəhərində baş tutacaq oyunu türkiyəli hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Hüseyin Göçek olacaq. Ona Mustafa Eyisoy və Orkun Aktaş köməklik edəcəklər. Serkan Ok isə dördüncü referi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 10-da keçiriləcək İtaliya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right