Ərdoğan Neymar və Messiylə bir meydanda oynayacaq

"Antalyaspor"un kamerunlu ulduzu Samuel Eto'Onun fondunun 10 illik yubileyi  münasibətilə keçiriləcək xeyriyyə oyunda Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğan da meydana çıxacaq.
Newsport.az-ın məlumatına görə, bu barədə oyunun keçiriləcəyi Antalya şəhərinin bələdiyyə başçısı Menderes Türel məlumat verib. O, prezidentin də dünya ulduzları ilə birgə "Antalya Arena"da oynayacağını vurğulayıb.
 
Qeyd edək ki, sözügedən qarşılaşma iyulun 16-da baş tutacaq. Oyunda Lionel Messi, Françesko Totti, Dieqo Maradona, Neymar, Luis Suares, Ceycey Okoça, Maykl Essyen, Xavi, Pyer-Emerik Obameyanq, Andres İnyesta və Arda Turan kimi dünya futbolunun ulduzlarının iştirak edəcək.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right