Dursun Özbək: "Biz əfv edək deyə cəza vermədik"

"Qalatasaray" klubunun prezidenti Dursun Özbək Sneyder və Musleraya verilən cəzalarla bağlı danışıb.

Newsport.az-ın məlumatına görə, o, cəzaların geriyə alınmayacağını qəti şəkildə bildirib:

"Biz ümumilikdə 14 futbolçuya cəza vermişik. Niyə axı sadəcə Sneyder və Musleradan danışırlar. İlin əvvəlində biz bütün futbolçulara cəza siyahısını təqdim etdik. İndi hamısı təəccüb edirlər. Biz əfv edək deyə bu cəzaları vermədik. Bütün cəzalar ödəniləcək".

Qeyd edək ki, "Qalatasaray" klubu futbolçuları məşqə gecikmək, sarı və ya qırmızı kart almaq kimi səbəblərdən cəzalandırıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right