Robben gələcəyi haqqında danışdı: “Atama zəng etsinlər”

Hollandiya millisinin sabiq üzvü, Almaniyanın "Bavariya” klubunun futbolçusu Aryen Robben gələcək karyerası haqqında danışıb. 
Newsport.az-ın məlumatına görə, Almaniyanın məşhur "Bild” nəşrinə açıqlama verən 32 yaşlı futbolçu adının Türkiyənin "Beşiktaş” klubu ilə hallanmasına münasibət bildirib: "Hər yaya eyni xəbərləri eşidirik. Belə xəbərlərə yalnız gülürəm”. 

"Bavariya” ilə 1 illik müqaviləsi olan təcrübəli futbolçu klubla danışıqların son vəziyyəti haqqında da açıqlama verib: "Bavariya” ilə əla münasibətim var. Klub mənimlə danışmaq istəsə mən burdayam. İstəsələr atama da zəng edə bilərlər.  Ancaq bu dəqiqə məni yalnız yaxşı futbol oynamaq maraqlandırır. 
 
Qeyd edək ki, Robben 2009-cu ildən Münhen klubunun uğurları üçün çalışır. O, komandanın heyətində 219 oyunda forma geyinmək şansı qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right