Ançelotti-"Qızıl top"u yenə Ronaldo qazanacaq

"Real" (Madrid) klubunun baş məşqçisi Karlo Ançelotti futbolçusu Kriştiano Ronaldo haqda xoş sözlər deyib.

Newsport.az-ın məlumatına görə, klubun rəsmi saytına danışan italiyalı mütəxəssis Ronaldonun bu il də "Qızıl top" mükafatını qazanacağına şübhəsi olmadığını bildirib:

"Dünyanın ən yaxşı futbolçusunun kim olacağı artıq bəllidir. Ronaldonun seçiləcəyinə dair şübhəm yoxdur. Bu mövzu müzakirə olunmaz. Məncə, "Qızıl top"u yenə Ronaldo qazanacaq".

Qeyd edək ki, portuqaliyalı futbolçu 2008 və 2013-cü illərdə dünyanın ən yaxşı oyunçusu adını qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right