Londonunun "Arsenal” klubunun futbolçusu Petr Çex karyerasını ilə bağlı önəmli qərar verib.
Newsport.az-ın məlumatına görə, çexiyalı qolkiper yığma karyerasını başa vurub. 34 yaşlı əlcək sahibi bu barədə İngiltərə mətbuatına açıqlamasında məlumat verib.
Xatırladaq ki,Çex milli komandadakı son oyununu Fransada təşkil olunan Avropa çempionatının qrup mərhələssində Türkiyə millisinə qarşı keçirib.
Onu da nəzərinizə çatdıraq ki, Çex 2002-ci ildən millidə çıxış edirdi. O, yığmanın heyətində 123 matç keçirib.