Türkiyə millisində daha iki futbolçu zədələnib.
Newsport.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, milli komandanın futbolçuları Gökhan Gönül və Mehmet Topal zədə səbəbindən son məşqdə iştirak etməyiblər. Hər iki futbolçunun müalicəsinə başlanıldığı bildirilib. Onların "Avro-2016"nın seçmə mərhələsində Çexiya ilə matça kimi sağalacağı gözlənilir.
Qeyd edək ki, bundan əvvəl zədə səbəbindən altı futbolçunun adı millinin heyətindən çıxarılıb.