"Çelsi"nin qapıçısı Tibo Kurtuanın "Arsenal"la oyunda zədələnməsi məşqçilər heyyətini çox qorxudub.
Newsport.az xəbər verir ki, Stenfor Bricdə oynanan oyunda "Arsenal"ın hücumçusu Aleksis Sançes ilə toqquşan gənc qapıçı oyuna davam edib. Amma 13 dəqiqə keçəndən sonra o oyunu davam etdirə bilməyib və onun yerinə oyuna Petr Çex daxil olub. Bundan sonra gənc oyunçunun müalicəsini geyinib soyunma otağında davam etdirilib. Həkimlər isə risqə getməyib Kurtuanın müalicəsini Xəstəxanada davam etmək qərarına gəliblər. Bu barədə danışan "Çelsi" rəhbərliyi gənc qapıçının vəziyyətinin yaxşı olduğunu bildirib.