Milli komandamızın üzvü Ufuk Budakın Türkiyə Superliqasında mübarizə aparan "Kayserispor” klubu ilə razılıq əldə etməsindən xəbərdarsınız.
Newsport.az-ın məlumatına görə, 26 yaşlı futbolçu bu gün yeni klubu ilə münasibətlərini rəsmiləşdirib. Kayseri təmsilçisi Ufukla yanaşı Anıl Karaer və Kolibay Sönməzlə də rəsmi müqavilə imzalayıb.
Qeyd edək ki, Ufukun son komandası Türkiyə PTT I Liqasında mübarizə aparan "Qaziantep BB” komandası olub.