İstanbuldakı terror "Daçiya"nın Bakını tərk etməsinə mane oldu

Moldovanın "Daçiya" klubu ötən gecə Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Kəpəz"lə ilk oyunun ardından Kişinyova qayıtmalı olsa da, bunu edə bilməyib.

Newsport.az-ın məlumatına görə, buna Türkiyənin İstanbul şəhərindəki terror aktı səbəb olub.

Belə ki, "Daçiya" Bakıdan İstanbula, oradan da Moldovaya uçmalı idi. Lakin İstanbulun "Atatürk" hava limanında baş verən terror aktı nəticəsində bütün beynəlxalq uçuşlar kimi, Bakıdan da İstanbula uçan təyyarələrin gedişində məcburi fasilə yaranıb. Nəticədə, "Daçiya"nın planları pozulub.

Qeyd edək ki, ötən gecə azərbaycanlı hakimlər də səfərə yollanmalı idilər. Bir hakim briqadamız İstanbuldan Boqlarıstana, digəri isə Sloveniyaya getməli idi. Amma onların da səfəri gecikib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right