“İnter” Bakıda yoxlama oyunu keçirəcək

Yeni mövsümün hazırlıqlarına başlayan "İnter” Bakı toplanışı çərçivəsində yoxlama oyununda qüvvəsini sınayacaq. 
 

Newsport.az saytının məlumatına görə, məşqlərini Azərbaycan Dövlət Bədən Tərbiyası və İman Akademiyasının stadionunda keçirən "bankirlər”in yoxlama oyunu iyul ayının 8-nə təsadüf edəcək.  Lakin rəqibin kimliyi hələlik bəlli deyil. Böyük ehtimalla rəqiblər "Sumqayıt” və AZAL komandalarından biri olacaq. Əgər bu rəqiblər yoxlama oyununa razı olmasalar, rəqib I Divizion komandalarından biri olacaq.
 
Qeyd edək ki, "İnter” təlim-məşq toplanışın ikinci hissəsini Türkiyədə keçirəcək. Türkiyəyə səfər iyul ayının ortalarına təsadüf edəcək. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right