Fransada keçirilən Avropa çempionatı davam edir.
Newsport.az-ın məlumatına görə, bu gün qitə birinciliyində 1/8 final mərhələsinə yekun vurulacaq.
Günün ilk qarşılaşmasında erkən final kimi dəyərləndirilən İtaliya və İspaniya yığmalarının oyunu baş tutacaq.
Sonuncu 1/4 finalçının adına isə İngiltərə - İslandiya oyunundan sonra aydınlıq gələcək.
Qeyd edək ki, daha öncə Polşa, Uels, Portuqaliya, Fransa, Almaniya və Belçika yığmaları 1/4 finala vəsiqəni təmin edib.
AÇ-2016
1/8 final mərhələsi
27 iyun
23:00. İngiltərə - İslandiya - 1:2
Qollar: Ueyn Runi, 4-pen (1:0), Raqnar Siqurdson, 6 (1:1), Kolbein Siqthorsson, 18 (1:2)
Baş hakim: Damir Skomina
Yan xətt hakimləri: Yure Praprotnik və Robert Vukan
Əlavə köməkçi-hakimlər: Matej Yuq və Slavko Vinçiç (hamısı Sloveniya)
Dördüncü hakim: Karlos Velasko Karbalyo (İspaniya)
Nitsa. Nitsa şəhər stadionu.
20:00. İtaliya - İspaniya - 2:0
Qollar: Corcio Kyellini, 33 (1:0), Qraziano Pelle, 90+1 (2:0)
Baş hakim: Cüneyt Çakır
Yan xətt hakimləri: Bahattin Duran, Tarık Ongun
Əlavə köməkçi-hakimlər: Hüseyin Göçek ve Barış Şimşek (hamısı Türkiyə)
Dördüncü hakim: Martin Atkinson (İngiltərə)
Sent-Denis. "Stad de Frans" stadionu.