Totti-Bizi məğlub edən "Yuventus" deyildi,hakimlər idi

"Belə oyundan sonra alınan nəticə bizim üçün utancverici oldu. Turinə öz oyunumuzu sərgilməyə gəlmişdik. Ancaq meydanda nələr olduğunu və yaşanan hadisələrin oyuna necə təsir etdiyini hər kəs gördü".

Newsport.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bu sözləri "Roma" klubunun kapitanı Françesko Totti A Seriyasının son turunda "Yuventus"la keçirilən oyundan sonra deyib.

38 yaşlı futbolçu "Yuventus"un hakimlərin köməyi sayəsində onlara qalib gəldiyini iddia edib: "İllərdir, eyni ssenari təkrarlanır. Hakimlərə məğlub olub-olmadığımızı bilmirəm. Bildiyim tək bir şey var ki, o da bizi məğlub edənin "Yuventus"un olmadığıdır. "Yuventus"la matç bizim üçün çox önəmli idi.
 
Məncə "Yuventus" öz liqasını yaradıb, orada oynamalıdır. Onlar hər dəfə bir şeylər edib, qalib gəlirlər. Biz yenə də ikinci olacağıq. Sanki "Yuventus" yenə də danışılmış oyunlarda iştirak edir. Bunu təkcə mən demirəm, bütün İtaliyada müzakirə olunan məsələdir. Nəysə, bir az daha danışsam, cəza alacam".

Qeyd edək ki, "Yuventus" - "Roma" oyunu 3:2 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right