"Qalatasaray”ın sabiq futbolçusu Yohan Elmander növbəti dəfə karyerasını Türkiyədə davam etdirə bilər.
Newsport.az-ın məlumatına görə, hazırda müqavilə ilə Danimarkanın "Bröndbü” klubuna məxsus olan futbolçunun xidmətində PTT I liqasında mübarizə aparan "Yeni Malatyaspor” klubu maraqlıdır. Qardaş ölkədən olan həmkarlarımız iddia edir ki, artıq tərəflər arasında danışıqlar baş tutub. Keçidin alınıb-alınmayacağı isə yaxın günlərdə bəlli olacaq.
Qeyd edək ki, İsveç milli komandasının sabiq üzvü olan Elmander 2011-14-cü illərdə "Qalatasray”ın formasını geyinib. O, İstanbul klubu ilə birgə 2 dəfə Türkiyə çempionu və 2 dəfə superkubokun qalibi adını qazanıb.