Raydell Pupon Türkiyə klubunda

"Qarabağ”ın sabiq futbolçusu Raydell Puponun Hollandiyanın "Roda” klubundan ayrılması ilə bağlı məıumatı diqqətinizə çatdırmışdıq. 
 

Newsport.az-ın məlumatına görə, Pupon hazırda klub axtarışındadı. Hazırda 28 yaşlı futolçu üçün Türkiyə variantı yaranıb. Qardaş ölkə mətbuatının yazdığına görə hücumçu Türkiyə PTT I Liqasında mübarizə aparan "Boluspor” klubu ilə anlaşıb. "Ayaks”ın sabiq üzvü böyük ehtimalla gələn mövsümü Bolu təmsilçisinin heyətində keçirəcək. 
 
Qeyd edək ki, Pupon geridə qalan mövsümün əvvəlində Fransanın "Valensyen” komandasından "Qarabağ”a transfer olunmuşdu. O, Ağdam təsmilçisinin heyətində 15 oyuna 1 qol vurmuş və qış transfer dönəmində komandadan göndərilmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right