"Borussiya" daha bir ciddi itki ilə üzləşib.
Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə xəbərə görə, Marsel Şmelzer Almaniya bundesliqasında "Hamburq"la matçda zədələnib. Əməliyyat olunan 26 yaşlı müdafiəçinin 4 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Qeyd edək ki, Dortmund təmsilçisində Nuri Şahin, Marko Roys, İlkay Gündoğan, Blaşikovski, Oliver Kirxin zədələri hələ də sağalmayıb.