Türkiyə millisi Avropa çempionatı ilə vidalaşdı!

“Avro-2016”da qrup mərhələsinin oyunlarına yekun vurulub.

Newsport.az-ın məlumatına görə, bununla da, 1/8 finalın bütün iştirakçıları müəyyənləşib.

D qrupunda mübarizə aparan Türkiyə millisi son oyununda Çexiyanı 2:0 hesabı ilə məğlub etsə də, bu nəticə 1/8 finala adlamaq üçün yetərli olmayıb. Ən yaxşı qrup üçüncüsü kimi qrupdan çıxmaq şanslarını saxlayam türklər diqqətlərini E qrupunda keçiriləcək iki oyuna yönəltmişdi. Lakin həmin görüşlərdə də Fatih Terimin komandasına sərf edəcək nəticələr qeydə alınmayıb. Belədə E qrupundan İtaliya, Belçika və İrlandiya yığmaları 1/8 finala adlayan komandalar olub.  

Beləliklə, ilk dəfə yeni formatda keçirilən Avropa çempionatının 1/8 finalında aşağıdakı komandalar mübarizə aparacaq:

A qrupu: Fransa və İsveçrə

B qrupu: Uels, İngiltərə və Slovakiya
 
C qrupu: Almaniya, Polşa və  Şimali İrlandiya

D qrupu: Xorvatiya və İspaniya

E qrupu: İtaliya, Belçika və İrlandiya 

F qrupu: Macarıstan, İslandiya və Portuqaliya 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right