"Real"ın futbolçusu Kriştiano Ronaldo İspaniya La Liqasında "Atletik"lə (Bilbao) oyundan (5:0) sonra açıqlama verib.
Newsport.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, sözügedən qarşılaşmada het-trik edən 29 yaşlı futbolçu Kərim Benzema və Qaret Beyl haqda müsbət fikirlər səsləndirib:
"Kərim Benzema ilə oynamaqdan məmnunam. O, dünyanın ən yaxşı hücumçularından biridir. Meydanda komanda oyunu nümayiş etdiririk. Qaret Beyl ilə də oyunumuz çox yaxşı alınır. Günü-gündən daha da inkişaf edirik".