Branimir Subaşiçin qol vurdu, komandası heç-heçə etdi

Xəbər verdiyimiz kimi, Türkiyədə PTT I Liqada növbəti turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, yığmamızın milliləşdirilmiş sabiq üzvü Branimir Subaşiçin çıxış etdiyi "Manisaspor" klubu "Antalyaspor"u qonağ edib.

Matçda nə az, nə çox, düz 6 qol qeydə alınıb. Belə ki, hərəyə 3 dəfə fərqlənən tərəflər xalları yarı bölüb. Meydana start heyətində daxil olan Subaşiç görüşdə ilk qolun müəllifi olub. 

O, qarşılaşmanın 5-ci dəqiqəsində komandasını önə çıxarıb. Bununla serbiyalı forvard Manisa klubunun heyətində rəsmi oyunlarda ilk qoluna imza atıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right