Türkiyə PTT I Liqasında növbəti turun oyunları baş tutub.
Newsport.az-ın məlumatına görə, "Xəzər Lənkəran"da oynamış Mbilla Etamenin şərəfini qoruduğu "Samsunspor" klubu V tur çərçivəsində "Adanaspor"u qəbul edib.
Görüş heç-heçə nəticələnib - 1:1. Meydana start heyətində daxil olan Etame qardaş ölkədə ardıcıl 2-ci qoluna imza atıb. Belə ki, o, matçın 23-cü dəqiqəsində komandasının bərabərlik qolunu vurub.
Ötən tur "Kayserispor"la "sülh"ə razılaşan Samsun klubunun qolunu yenə Etame vurmuşdu.