"Avro-2016"da daha üç oyunun hakimləri bilindi

"Avro-2016"da daha üç oyuna hakim təyinatları açıqlanıb.

Newsport.az-ın UEFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, C qrupunda keçiriləcək Ukrayna - Polşa oyunu Svein Oddvar Moenin başçılıq edəcəyi norveçli hakimlər briqadasına tapşırılıb.

Qrupun digər matçı Şimali İrlandiya - Almaniya görüşünü fransalı Kleman Turpen idarə edəcək. Hollandiyalı referi Byörn Kuypers isə D qrupunda keçiriləcək Xorvatiya - İspaniya görüşün baş hakimi təyin olunub.

Qeyd edək ki, hər üç oyun iyunun 21-də keçiriləcək.

 

 


C qrupu

23:00. Ukrayna – Polşa
Baş hakim:
 Svein Oddvar Moen 
Yan xətt hakimləri: Kim Tomas Haaqlund və Drank Andas 
Əlavə köməkçi hakimlər: Ken Henri Consen və Svein-Erik Edvartsen (hamısı Norveç)
Dördüncü hakim: Hüseyn Göçek (Türkiyə)
Marsel. "Velodrom" stadionu.

23:00. Şimali İrlandiya - Almaniya 
Hakimlər:
 Kleman Turpen 
Yan xətt hakimləri: Frederik Kano və Nikolas Danos
Əlavə köməkçi hakimlər: Benoit Bastien, Fredi Fautrel (hamısı Fransa)
Dördüncü hakim: Slavko Vinçiç (Sloveniya)
Paris. "Park de Prins" stadionu.

 


D qrupu

23:00. Xorvatiya - İspaniya 
Baş hakim:
 Byörn Kuypers
Yan xətt hakimləri: Sander van Roekel və Ervin Zeinstra 
Əlavə köməkçi hakimlər: Pol van Boekel (hamısı Hollandiya)
Dördüncü hakim: Viktor Kaşşai (Macarıstan)
Bordo. "Bordo" stadionu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right