“Mən nə futbolçu, nə də məşqçilik karyeramda yarıda buraxmağı, vaz keçməyi ağlıma gətirmədim, nə də vaz keçən insanlarla birlikdə olmadım”.
Newsport.az-ın məlumatına görə, bu sözləri Türkiyə millisinin baş məşqçisi Fatih Terim İspaniyaya məğlubiyyətdən (0:3) sonra keçirdiyi mətbuat konfransında deyib.
O, istefası ilə bağlı sualları da cavablandırb: “Təəsüf ki, komandamız oyundan əlini üzmüş kimi görünürdü. Bunu heç vaxt qəbul etməyəcəm. Heç kimin şübhəsi olmasın ki, bu məğlubiyyətdən sonra nə lazımdırsa, onu da edəcəyik. Çox üzüldüyümü hər kəsin bilməsini istəyirəm”.