İspaniya millisinin qapıçısı David de Xea Türkiyə ilə matçdan sonra rekorda sahib olub.
Newsport.az-ın məlumatına görə, ispaniyalı əlcək sahibi milli komandaya dəvət aldıqdan sonra ilk 5 rəsmi matçda qol yeməyən futbolçu olub. Daha öncə bu rekorda İngiltərə millisinin qapıçısı Qordon Banks sahib idi. Banks milliyə dəvət aldıqda ilk 4 matçda qol buraxmamıdı. 5-ci oyunda isə Portuqaliya millisinin futbolçusu Eusebio penaltidən Banksı məyus etmidi. David de Xea isə artıq 5 rəsmi matçdır ki qapısında qol görməyib.
Eyni zamanda İspaniya millisinin qapıçısı "Avro-2016" başlayandan Buffon, Huqo Lloris və Manuel Noyerlə birlikdə qapısını toxunulmaz saxlamağı bacaran futbolçulardır.