Fransada təşkil olunan "Avro-2016"da Türkiyə millisinin azarkeşləri ilə ingilis azarkeşlər arasında kütləvi dava olub.
Newsport.az-ın məlumatına görə, Eyfel qülləsində təkil olunan azarkeş zonasında İspaniya-Türkiyə matçını izləyən ingilis azarkeşlər türklərə şüşələr atmağa başlayıb və tərəflər arasında qarşıdurma baş verib. Azarkelər arasındakı davaya müdaxilə edən polis türklərə qarşı haqsızlıq etdiyi bildirilir. Belə ki, qarşıdurmanı ingilislər yaratmasına baxmayaraq Türkiyə millisinin azarkeşləri hadisə yerindən uzaqlaşdırılıb və onların yerini ispan azarkeşlərə verilib.