Andres İniyestadan Arda Turana dəstək

İspaniya millisinin önəmli futbolçularından Andres İniyesta Türkiyə ilə oyundan sonra açıqlama verib.
Newsport.az-ın məlumatına görə, İspan futbolçu yaxşı oyun sərgilədiklərini və daha yaxşı olmağa çalışacaqlarını bildirib: " Turnirdə davam etdikcə daha yaxşı performans sərgiləməyə çalışacağıq. Getdikcə səhvlərimizi azaltmağa çalışırıq. Çexiya ilə oyuna nisbətən bu gün daha yaxşı oyun göstərdik. Türkiyə ilə matça yaxı baladıq. Hesabı açdıqdan sonra isə oyunda üstünlüyü tam ələ aldıq və vacib qələbə qazandıq."

İnyesta türk azarkeşlər tərəfindən fitə basılan Arda Turan haqda da danışıb :" Bu hal futbolçu üçün çox ağır haldır. Öz azarkelərin tərəfindən fitə basılmaq kimliyindən aslı olmayaraq futbolçuya çox pis təsir edir. Arda Turan çox yaxşı futbolçu, gözəl insandır. Onun "Avro-2016"da uğur qazanmasını istəyirdim,indi də istəyirəm."





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right