İspaniyaya məğlub olan Türkiyə millisinin üzvü Hakan Çalhanoğlu oyun haqqında danışıb.
Newsport.az-ın məlumatına görə, futbolçu ilk qoldan sonra oyunu buraxdıqlarını bildirib:" Bu gün çətin olacağını bilirdik. Çox güclü bir komandaya qarşı oynayırdıq. İlk qoldan sonra toparlanıb hücuma keçmək əvəzinə oyunu buraxdıq. O qolu buraxmasaydıq daha fərli nəticə ola bilərdi."
Çalhanoğlu Arda Turanın fitə basılması ilə bağlı da danışıb:" Ardanın milli komandaya çox köməyi dəyib. Məncə o bu etirazlara layiq deyil. İspaniya ilə matçda biz komanda olaraq məğlub olduq.
Ona qarşı belə hərəkət bizi çox üzür. İspaniyalı azarkeşlər Ardanı alqışlayır, bizimkilər fitə basır. Bu qəbuledilməzdir. O mənim üçün böyük futbolçudur. Çexiya ilə son oyunda fərqli eylər ola bilər."