"Avro-2016"nın D qrupunda keçirilən İspaniya - Türkiyə oyunundan (3:0) sonra ispanların baç məqçisi del Boske oyun haqqında fikirlərini bildirib.
Newsport.az-ın məlumatına görə, ispan mütəxəsis oyun haqda bunları deyib: "Türklər müdafiə olunmaq üçün meydana çıxmamışdılar. Qrupdakı ilk matçımızda çexlər daha çox müdafə olunurdu. Türklər isə müdafiə olunmaq haqqında düünmürdü. İstənilən halda biz daha yaxşı oynadıq. Hücum xəttimiz bu gün özünü yaxşı tərəfdən göstərə bildi. Çox gözəl epizodlar qurduq və 90 dəqiqənin sonunda layiq olduğumuz qələbəni qazandıq. "
İspaniya millisinin çalışdırıcısı Alvaro Morata haqqında da danışıb:" Morata üzərində çalışan futbolçudur. Bu gün də çox gözəl futbol oynadı. Bu günlər üçün çox çalışdı və qarşılığını indi alır."