Arda onu lağa qoyanlara əsəbiləşdi

Türkiyə millisinin ulduz futbolçusu Arda Turan İspaniya ilə oyundan öncə keçirilən mətbuat konfransını yarımçıq tərk edib.

Newsport.az-ın məlumatına görə, “Barselona”nın yarımmüdafiəçisi Avropa Çempionatının ilk turunda Xorvatiyaya qarşı matçda zəif çıxışına dair səsləndirilən iradlara etiraz edərək bu addımı atıb.

O, sosial şəbəkədə ünvanına səsləndirilən təhqirlərə də cavab verib: “Ölkəmdə təhqir və başqalarına lağ etmək həddini aşıb. Deyilən sözlər haqsızlıqdır”.

Qeyd edək ki, Türkiyə millisinin baş məşqçisi Fatih Terim də mətbuat konfransını yarımçıq tərk etmişdi.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right