Jaba Türkiyədə klub dəyişdi

"Bakı”nın sabiq futbolçusu Jaba növbəti dəfə Türkiyədə klub dəyişib. 
 

Newsport.az-ın məlumatına görə, son olaraq Tükiyə həvəskarlar liqasında çıxış edən "Quşadasıspor” komandasının formasını geyinən 35  yaşlı braziliyalı futbolçu bundan sonra "Qurtuluşspor” komandasının uğurları üçün çalışacaq. 
 
Bu barədə "Qurtuluşspor”un prezidenti Gökhan Yıldırım məlumat verib: "Jaba kimi futbolçu ilə müqavilə imzaladıq. Son olaraq "Quşadasıspor” komandasının formasını geyinən futbolçu ilə 1 illik müqavilə imzalamışıq”. 
 
İmza mərasimindən sonra açıqlama verən sabiq "Bakı”lı bu sözlərə yer verib: "Çox yaxşı komanda ilə müqavilə imzalamışam. Çempion olmaq istəyirəm. Çempionatın sonuna qədər yuxarı pillələrdə qərarlaşıb və çempionluğu bayram edəcəyik”. 
 
Qeyd edək ki, Jaba 2009-12 və 2014/15 mövsümlərində "Bakı”nın formasını geyinmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right