Çexiya Xorvatiya ilə bərabərə qaldı, İspaniya Türkiyəyə qalib gəldi YENİLƏNİB

Bu gün "Avro-2016"da daha iki oyun keçiriləcək.

Newsport.az-ın məlumatına görə, D qrupunun ilk görüşündə Çexiya və Xorvatiya yığmaları üz-üzə gələcək.

İlk görüşündə Türkiyə ilə matçdan qalib ayrılan xorvatlar çexləri də məğlub edərək 1/8 finala adını yazdırmağa çalışacaq.

Qrupun digər oyununda Türkiyə millisi son Avropa çempionu İspaniya ilə münasibətlərinə aydınlıq gətirəcək. Turnirə uğursuz başlayan Fatih Terimin komandası bu görüşdə qələbə qazanmağa çalışacaq. Lakin "ay ulduzlu" komandanın bu çətin sınaqdan necə çıxacağı maraqla gözlənilir.

 

 

17 iyun

D qrupu

23:00. İspaniya – Türkiyə - 3:0
Qol: 
Alvaro Morata, 34 (1:0), Nolito, 37 (2:0), Morata, 48 (3:0)
Baş hakim: Milorad Maziç 
Yan xətt hakimləri: Milovan Ristiç, Dalibor Corcyeviç
Əlavə köməkçi hakimlər: Danilo Qrujiç, Nenad Cokiç (hamısı Serbiya)
Dördüncü hakim: Aleksey Kulbakov (Belarus)
Nitsa. Şəhər stadionu


 

20:00. Çexiya - Xorvatiya - 2:2
Qollar: 
İvan Perişiç, 37 (0:1), İvvan Rakitiç, 59 (0:2), Milan Şkoda, 76 (1:2), Tomaş Neçid, 90+3-pen (2:2)
Baş hakim: Mark Klattenburq
Yan xətt hakimlər: Simon Bek, Ceyk Kollin 
Əlavə köməkçi hakimlər: Antoni Teylor, Andre Marriner (hamısı İngiltərə)
Dördüncü hakim: Tasos Sidiropoulos (Yunanıstan)
Sent-Etyen. "Joffrua Qişar" stadionu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right