“Neftçi”nin Bakıya dəvət etdiyi məşqçi İsrail klubu ilə müqavilə imzaladı

Gürcüstanlı çalışdırıcı, son olaraq Türkiyənin "Trabzonspor" klubunu çalışdıran Şota Arveladzenin yeni iş yeri bəlli olub.

Newsport.az-ın məlumatına görə, təcrübəli mütəxəssis İsrailin paytaxtı Tel-Əviv şəhərini təmsil edən "Makkabi" komandasını çalışdıracaq. Onun ildə 800 min avro əməkhaqqı alacağı bildirilir. Artıq İsraildə olan çalışdırıcı yeni müqaviləni imzaladıqdan sonra komandayla birlikdə Avstriyaya təlim-məşq toplanışı üçün yollanacaq.
 

Xatırladaq ki, ötən ay "Neftçi" Arveladzeylə danışıqlar aparmış, gürcüstanlı çalışdırıcı hətta Bakıya dəvət olunmuşdu.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right