"Avro-2016"da daha üç oyuna hakim təyinatları açıqlanıb.
Newsport.az-ın UEFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, D qrupunda keçiriləcək Çexiya - Xorvatiya oyunu Mark Klattenburqun başçılıq edəcəyi ingiltərəli hakimlər briqadasına tapşırılıb.
Türkiyənin FİFA referisi Cüneyt Çakırın "Avro-2016"da idarə edəcəyi ikinci oyun da müəyyənləşib. O, E qrupunda keçiriləcək Belçika – İrlandiya matçını idarə edəcək. Bu qrupun digər matçı İtaliya - İsveç görüşü isə macarıstanlı Viktor Kaşşaiyə tapşırılıb.
17 iyun
E qrupu
17:00. İtaliya - İsveç
Baş hakim: Viktor Kaşşai
Yan xətt hakimlər: Györgi Rinq, Vensel Tot
Əlavə köməkçi hakimlər: Tamaş Boqnar, Adam Farkaş (hamısı Macarıstan)
Dördüncü hakim: Klemen Turpin (Fransa)
Tuluza. Tuluza şəhər stadionu.
D qrupu
20:00. Çexiya - Xorvatiya
Baş hakim: Mark Klattenburq
Yan xətt hakimlər: Simon Bek, Ceyk Kollin
Əlavə köməkçi hakimlər: Antoni Teylor, Andre Marriner (hamısı İngiltərə)
Dördüncü hakim: Tasos Sidiropoulos (Yunanıstan)
Sent-Etyen. "Joffrua Qişar" stadionu.
18 iyun
E qrupu
17:00. Belçika - İrlandiya
Baş hakim: Cüneyt Çakır
Yan xətt hakimləri: Bahattin Duran və Tarık Ongün
Əlavə köməkçi hakimlər: Hüseyn Göçek, Barış Şimşək (hamısı Türkiyə)
Dördüncü hakim: Benoit Bastien (Fransa)
Bordo. Bordo şəhər stadionu.