"Valensiya" ilə müqaviləsi başa çatan Sofiane Feghouli növbəti mövsümdən "Vest Ham"də top qovacaq.
Newsport.az -ın məlumatına görə, Premyer Liqa klubu əlcəzairli futbolçu ilə 3 illik müqavilə imzaladığını açıqlayıb.
Xatırladaq ki, Sofiane Feghoulini Türkiyənin "Fənərbaxça" klubu da transfer etmək istəyirdi. Hətta əlcəzairli üçün türk klubu "Valensiya"ya 10 milyon Avro da təklif etmiş, lakin ispanlar təklifi rədd etmişdi.