Fransadə təşkil olunan Avropa çempionatında iştirak edənn Türkiyə milli komandası ciddi itkilərlə üzləşib.
Newsport.az -ın məlumatına görə, "D” qrupunda yer alan "ay ulduzlular”ın bu gün baş tutan məşqində aparıcı futbolçular – Məhmət Topal və Gökhan Gönül sona qədər iştirak edə bilməyiblər.
Türkiyə mətbuatında yer alan xəbərə görə, Məhmət Topal sol ayağının üst arxa əzələsindən aldığı zədəyə görə məşqi yarımçıq tərk edib. Gökhanın isə mədəsindəki ağrılar səbəbindən baş məşqçi Fatih Terimdən icazə aldığı bildirilir.
Hər iki futbolçunun son durumu və hansı müddətə sıralara dönmə ehtimalı barədə məlumat verilməyib.
Qeyd edək ki, Türkiyə milli komandası qrupda keçirdiyi ilk matçında Xorvatiyaya (0-1) hesabıyla məğlub olub. "Ay ulduzlular” növbəti oyununu iyun ayının 17-də İspaniya millisinə qarşı keçirəcək.