Türkiyə millisinin baş məşqçisi Fatih Terim Arda Turanla məşqdən sonra ciddi söhbət etdiyini bildirib.
Newsport.az -ın məlumatına görə, Fatih Terim bu çempionatın Arda üçün bir fürsət olduğunu açıqlayıb:" Sən dünya səviyyəsində bir ulduzsan. Komandanda yaxşı mövsüm yaşamadığını bilirəm. Amma sən bizim "Avro-2016"nın final mərhələsinə çıxmağımız üçün çox iş gördün. Mən sənin necə bir futbolçu olduğunu bilirəm. İndi hamı səni tənqid edir. Bu gün sən özünü sübut edə biləcəyin bir yerdəsən. Çıx meydana kim olduğunu hamıya göstər. Bu sənin üçün bir fürsətdir"