"Qarabağ"ın rəqibindən növbəti qələbə

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Dnepr" bu gün Ukrayna Premyer Liqasında növbəti oyununa çıxıb.

Newsport.az-ın məlumatına görə, Dnepropetrovski klubu səfərdə "İliçivets"in qonağı olub. Qarşılaşma "Dnepr"in minimal hesablı  qələbəsi ilə başa çatıb - 1:0. Bu qələbə ilə xalını 22-ə yüksəldən "Dnepr" liderliyini bir qədər də möhkəmləndirib. "Şaxtyor" (Donetsk) 18 xalla ikinci, "Dinamo" (Kiev) 17 xalla üçüncü pillədə qərarlaşıb. Ancaq bu iki komanda "Dnepr"dən bir oyun az keçirib.

Qeyd edək ki, "Qarabağ" oktyabrın 23-ü səfərdə "Dnepr"lə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right