Bu gün “Avro-2016”da daha üç oyun keçiriləcək.
Newsport.az-ın məlumatına görə, A qrupunda daha bir oyun keçiriləcək. “Qarabağ”ın futbolçusu Ansi Aqollinin çıxış etdiyi Albaniya millisi İsvəçrə ilə qarşılaşacaq.
B qrupunda Uels və Slovakiya milliləri üz-üzə gələcək. Bu, hər iki komanda üçün Avropa çempionatında debüt matçıdır.
Qrupun digər oyununda isə İngiltərə və Rusiya milliləri qarşılaşacaq.
11 iyun
B qrupu
20:00. Uels - Slovakiya - 2:1
Qollar: Qaret Beyl, 10 (1:0), Duda, 61 (1:1), Robsan Kano, 81 (2:1)
Baş hakim: Sveyn Oddvar Moen
Yan xətt hakimləri: Kim Tomas Haqlund, Frank Andas
Əlavə köməkçi hakimlər: Ken Henri Yonsen, Sveyn Erik Edvartsen (hamısı Norveç)
23:00. İngiltərə - Rusiya
Baş hakim: Nikola Ritsoli
Yan xətt hakimləri: Elenito Di Liberatore, Mauro Tonolini
Əlavə köməkçi-hakimlər: Daniele Orsato, Antonio Damato (hamısı İtaliya)
A qrupu
17:00. Albaniya - İsveçrə - 0:1
Qol: Fabian Şyor, 5 (0:1)
Qırmızı vərəqə: Lorik Sana, 36 (Albaniya)
Baş hakim: Karlos Velasko Karbalyo
Yan xətt hakimləri: Roberto Alonso Fernandes, Xuan Karlos Yuste Ximenes
Əlavə köməkçi hakimlər: Xesus Gil Manzano, Karlos Del Serro Qrande (hamısı İspaniya)