Türkiyə milli komandasının üzvü Əmrə Morun yeni komandasının adına rəsmən aydınlıq gəlib.
Newsport.az-ın məlumatına görə, 18 yaşlı futbolçu Almaniya Bundes Liqasında mübarizə aparan "Borussiya” klubu ilə münasibətlərini rəsmiləşdirib. 18 yaşlı futbolçu Dortmund klubu ilə 5 illik müqavilə imzalayıb. Bu barədə klubun rəsmi "twitter” səhifəsində məlumat yer alıb.
"Borussiya” bu transferə görə futbolçunun məxsus olduğu Danimarkanın "Nordsyaelland” klubuna 16 milyon avro ödəyib.